Tempus

Əlaqə nömrələri

099/070 374 71 99
(994) 12 564 43 45

E-poçt ünvanı

info@tempus-az.com

Ünvan

"Çinar Park" Business Center

Haqqımızda

Şirkətimiz haqqında

Tempus

TEMPUS Şirkəti 2000-ci ildən Azərbaycanda bir çox sahələrdə fəaliyyət göstərən “Şirkətlər Qrupu”nun bir üzvüdür, əczaçılıq bazarına 2010-cu ildə daxil olmuşdur. Hazırda şirkət, Azərbaycanda dərman vasitələrinin qeydiyyatı, idxalı və marketinqi ilə məşğuldur. Tempus şirkəti öz daxilində üç qoldan ibarətdir və hər qol aşağıdakı fəaliyyətlərlə məşğuldur:
• “Tempus MMC” – məhsulların qeydiyyatı və marketinqi
• “Dərman MMC” – dərman vasitələrinin idxalı
• “Nes Group” - qida əlavələrinin və tibbi cihazların, qeydiyyatı, idxalı və marketinqi

Fəaliyyəti haqqında

Bir distribütor şirkəti kimi Tempusun əsas fəaliyyəti Azərbaycan bazarı üçün keyfiyyətli, innovasion, zamanın tələbatına uyğun məhsulları araşdırıb tapmaq və pasiyentlərə təqdim etməkdir. Tempusun əsas marketinq vasitələri:
Tibbi nümayəndələrin fəaliyyəti, məhsul rəhbərlərinin həkim və aptek ziyarətləri, həkim və əczaçıları toplamaqla məhsul təqdimatı və konfransların təşkili, təbliğat materiallarının (broşur və s.) çatdırılması, TV və d.sosial mediya reklamları, və s.

Tempus şirkətində 100-dən artıq işçi çalışır. Bunların 80 nəfəri – tibbi nümayəndələr, satış və məhsul menecerleri, digərləri ilə adminstrativ şöbələrdə çalışan işçilərdir. “Tempus” öz əczaçılıq fəaliyyəti ilə bütün Azərbaycan ərazisini əhatə edir

Və ya zəng edin: 1(234) 567-8910 / 1(567) 234-9330

Fəaliyyət göstərdiyi əsas terapevtik sahələr:

Regional filiallarımız

Tempus şirkəti 2010-cu ildə distribütor və marketinq şirkəti kimi yaradılmışdır. Tempus-un baş ofisi Bakıda yerləşir

Tempus şirkətinin mərkəzi ofisi Bakı şəhərində yerləşir. Həmçinin, şirkətin 12 regional bölməsi var:

Missiya və Vizion

Missiyası

• Əhalini keyfiyyətli, innovasion və tələbata uyğun məhsullarla təmin etmək.
• Hər zaman əhalinin sağlamlığının, gigiyenasının və büdcəsinin qayğısına qalmaq.

Vizyonu

• Beynəlxalq kampaniyaya çevrilmək, xarici ölkələrdə filialların açılması,
• Məhsulları üçün geniş istifadəçi auditoriyası toplamaq,
• Məhsullarının hər ailə üçün əlçatan olmasını təmin etmək.
• Azərbaycanda bazarın liderinə çevrilmək