Tempus

Əlaqə nömrələri

099/070 374 71 99
(994) 12 564 43 45

E-poçt ünvanı

info@tempus-az.com

Ünvan

"Çinar Park" Business Center

DIURINES

Böyrək və sidik yolları fəaliyyətini yaxşılaşdırmaq üçün vasitə

DİURİNES (DIURINES) tablet

Böyrək və sidik yolları fəaliyyətini yaxşılaşdırmaq üçün vasitə

 

Hər tabletin tərkibi

Təsiredici maddələr:

Qızılçətir (Centaurium erythraea) otunun quru ekstraktı — 36 mq

Levistik (Levisticum officinale) kökünün quru ekstraktı — 36 mq

Rozmarin (Rosmarinus officinalis) yarpaqlarının quru ekstraktı — 36 mq

Köməkçi maddələr: kartof nişastası, maqnezium stearat, silisium dioksidi, mikrokristallik sellüloza

 

İstifadəsinə dair tövsiyələr

Preparat sidik kisəsinin (sistit) və böyrəyin (pielonefrit) xroniki iltihabi xəstəliklərinin terapiyası, böyrəyin xroniki qeyri-infeksion xəstəliklərinin müalicəsi üçün (qlomerulonefrit, interstisial nefrit), daş formalaşmasının qarşısını almaq (hətta daşların düşməsindən sonra) üçün istifadə edilir.

Əks göstərişlər

Məhsulun tərkibindəki komponentlərinə qarşı həssaslıq

 

İstifadə qaydası və dozası

Böyüklər: 1 tablet gündə 2 dəfə

 

Əlavə təsirləri

Məlum deyil

 

Xüsusi ehtiyat tədbirləri

Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin

müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman

istifadəsi zamanı həkimlə məsləhətləşin.

 

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda, quru yerdə saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlayın!

 

Buraxılış forması

№60 tablet (2×30 blisterdə), karton qutu qablaşmada

 

Yararlılıq müddəti: 3 il.

 

İstehsalçı

Biofaktor Sp.z.o.o., 15C Podmiejska street, 66-400 Gorzow Wielkopolski, Poland

 

Lisenziya Sahibi

Nes Group MMC

 

Bioloji fəallığa malik qida əlavəsidir.

Dərman vasitəsi deyildir!